Bank Respublika ASC-nin Fermer Krediti kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərə xüsusi ödəniş planı ilə təqdim olunur.
Finss.az xəbər verir ki, kredit üzrə ödəniş qrafiki fermerin gəlir dövrünə uyğunlaşdırılır: gəlir götürülməyən dövrdə az, məhsul satışı zamanı isə daha çox məbləğdə ödəniş etmək imkanı verilir. Məsələn, əkin işləri aparılan vaxtlarda ödənişlər az, məhsul satışında isə daha yüksək olur. Bu, fermerlərə daha rahat və əlverişli şərtlərlə kredit ödəməyə şərait yaradır.
Kredit məbləği 500 AZN-dən başlayaraq 20 000 AZN-dək, müddəti isə 12 aya qədərdir. İllik faiz dərəcəsi 12%-dən başlayır. Kredit üçün 9 aya qədər güzəşt müddəti təklif olunur. Təminat kimi zaminlik, qızıl, daşınmaz əmlak, nəqliyyat vasitələri, depozit, ev əşyaları, dövriyyə malları və əsas vəsaitlər qəbul edilir.
Kredit yalnız kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən fermerlərə verilir. Ödəniş şərtləri müştərinin və fermer təsərrüfatının tələblərinə uyğun olaraq annuitet və ya azalan ödəniş məbləği formasında tənzimlənir.
Digər üstünlüklərə paralel kreditlər imkanı, kredit üzrə limit, kreditin tranşlar şəklində verilməsi və 1 gün ərzində kredit qərarının verilməsi daxildir. Kredit onlayn sifariş edilə bilər.
Ətraflı məlumat üçün: //www.bankrespublika.az/az/loans-for-individuals/fermer-krediti_1333
Fuad Mədətov
Finss.az