MÜSAHİBƏ

12 İyun

150 000 AZN-dək uzunmüddətli ipoteka krediti

Unibank KB ASC ipoteka krediti ilə arzuladığınız mənzilin əldə edilməsi artıq daha əlçatandır.

Finss.az xəbər verir ki, bank 150 000 AZN-ə qədər ipoteka kreditləri təklif edir. Kredit müddəti 3 ildən 25 ilə qədərdir, güzəştli ipoteka kreditlərində bu müddət 30 ilə qədər uzadıla bilər. İllik faiz dərəcəsi 8%-dən artıq olmamaqla, güzəştli ipotekada 4%-dən çox deyil. Kredit məbləği girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 70%-ni keçməməlidir. İlkin ödəniş minimum 30% təşkil edir.

Kredit yalnız Azərbaycan vətəndaşlarına verilir və ödənişlər annuitet sxemi ilə, yəni hər ay bərabər hissələrlə həyata keçirilir. Girov kimi yaşayış sahəsi təqdim edilir, onun dəyəri müstəqil qiymətləndirici şirkətlər tərəfindən müəyyən olunur. Borcalanın həyatı, əmək qabiliyyəti və girov qoyulan yaşayış sahəsi kredit məbləği qədər sığortalanmalıdır. Kreditin son ödəniş tarixi borcalanın pensiya yaşından yuxarı olmamalıdır. Ödənişlər Unibankın UBank tətbiqinin “Hökumət ödənişləri” bölməsindən həyata keçirilir.

İpoteka kreditinə müraciətlər yalnız Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə qəbul edilir. Müraciət zamanı borcalanlar Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) əldə etməlidirlər. Unibank KB ASC-nin ipoteka krediti ilə artıq arzuladığınız mənzili əldə etmək mümkündür.

Ətraflı məlumat üçün: //unibank.az/az/loans/view/24/ipoteka_krediti

Fuad Mədətov
Finss.az