MÜSAHİBƏ

13 İyun

Qızıl-zinət əşyaları təminatı ilə 50.000 AZN-dək lombard krediti əldə etmək mümkündür

AccessBank, qızıl-zinət əşyaları təminatı ilə maksimum 50.000 AZN-dək lombard krediti təklif edir.

Finss.az xəbər verir ki, maliyyə ehtiyaclarını çevik və təhlükəsiz yolla qarşılamaq istəyən müştərilər üçün bu məhsul minimum 1 aydan 36 aya qədər kredit müddəti ilə əlçatan olur.

İllik faiz dərəcəsi 18%-dən başlayır, komissiya isə 1%-dən 3%-ə qədərdir. Ödənişlər annuitet üsulla, yəni bərabər aylıq hissələrlə aparılır. Faktiki illik faiz dərəcəsi (FİFD) isə 24.96%-dən 39.9%-ə qədər dəyişir.

Kredit üçün tələb olunan sənəd sadəcə şəxsiyyət vəsiqəsidir, kredit almaq üçün 21-70 yaş arasında Azərbaycan vətəndaşı olmaq kifayətdir.

Məsələn, 1.000 AZN məbləğində lombard krediti götürən şəxs 12 ay ərzində ayda təxminən 96 AZN, son ay isə 99.81 AZN ödəməklə ümumilikdə 1.155,81 AZN geri qaytarır. Bu, təxminən 155 AZN əlavə ödənişlə rahat maliyyələşmə imkanı deməkdir.

Ətraflı məlumat üçün: //www.accessbank.az/az/private/loans/lombard/

Fuad Mədətov
Finss.az