AccessBank müştərilərinə 500 AZN-dən 40 000 AZN-ə qədər nağd kredit imkanı təqdim edir.
Finss.az xəbər verir ki, kredit müddəti 6 aydan 48 ayadək, illik faiz dərəcəsi isə 10%-dən başlayaraq 26%-ə qədər dəyişir.
Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 15.02% səviyyəsində müəyyənləşdirilib. Komissiya isə 0-3% aralığındadır. Ödənişlər annuitet sxemlə, yəni bərabər aylıq hissələrlə həyata keçirilir.
Ən əsası, çevik sənədləşmə prosesi, minimal sənəd tələbi və kredit ödənişini filiala gəlmədən, internet üzərindən həyata keçirmək imkanı bu məhsulu daha da əlçatan edir.
Kredit almaq üçün Azərbaycan vətəndaşı olmaq, 21-65 yaş aralığında olmaq və son iş yerində ən azı 6 ay staja sahib olmaq kifayətdir. Əsas sənədlər isə şəxsiyyət vəsiqəsi və iş yerindən arayışdır. Həmçinin, arayışlar Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə AccessBank filiallarında da əldə oluna bilər.
Pul ehtiyacını tez və rahat şəkildə qarşılamaq istəyənlər üçün AccessBank-ın nağd krediti ideal seçimdir.
Ətraflı məlumat üçün: //www.accessbank.az/az/private/kredit/#products
Fuad Mədətov
Finss.az