"Rabitəbank" ASC, ev sahibi olmaq istəyən vətəndaşlar üçün İpoteka və Kredit Zəmanət Fondu xətti ilə ayrılan ipoteka kreditlərini daha sərfəli şərtlərlə təklif edir.
Finss.az xəbər verir ki, əməkhaqqını Rabitəbankdan alan və ya müvafiq komitə tərəfindən təsdiqlənmiş müəssisələrdə çalışan şəxslər illik 8% olmaqla adi ipoteka kreditindən yararlana bilirlər.
Bundan əlavə, güzəştli ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 4% təşkil edir və bu kreditlər 100.000 manatadək məbləğdə, 30 il müddətinə rəsmiləşdirilə bilər. Kreditin maksimal məbləği 150.000 manat, ilkin ödənişin ən azı 15% olması tələb olunur. Bank, bütün tələb olunan sənədlər təqdim edildikdən sonra kreditin rəsmiləşdirilməsini 10 iş günü ərzində tamamlayır.
Ətraflı məlumat üçün: //www.rabitabank.com/ferdi/kredit-sifarisi-kreditler/ipoteka-krediti
Fuad Mədətov
Finss.az