MÜSAHİBƏ

11 İyun

İllik 7%-lə 150 min manatadək ipoteka krediti

Bank of Baku, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə başlayıb.

Finss.az xəbər verir ki, kreditin məbləği 150 min manata qədər, müddəti isə 3 ildən 25 ilə qədər müəyyən edilib. Faiz dərəcəsi minimum 7%, FİFD isə 8%-dən başlayır.

Bildirilir ki, kredit yalnız manatla verilir və aylıq annuitet ödəniş sistemi ilə qaytarılır. Kreditin rəsmiləşdirilməsi zamanı 0.1% komissiya tutulur.

Bankdan qeyd edilib ki, güzəştli ipoteka kreditləri gənc ailələrlə yanaşı, şəhid ailəsi üzvləri, Milli Qəhrəmanlar və onların ailə üzvləri, məcburi köçkünlər, dövlət qulluqçuları, müəllimlər və müəyyən kateqoriyaya aid jurnalistlər üçün nəzərdə tutulur.

İpoteka kreditinin təminatı kimi alınacaq yaşayış sahəsi girov qoyulmalı, həmin əmlak və borcalanın həyatı sığortalanmalıdır. Kredit üzrə aylıq ödəniş borcalanın ailə gəlirinin 70%-ni keçməməlidir.

Bankdan həmçinin bildirilib ki, kredit yalnız dövlət qeydiyyatına alınmış yaşayış sahələrinin alınmasına verilir və əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir.

Ətraflı məlumat üçün: //www.bankofbaku.com/az/kreditler/ipoteka-krediti/146

Fuad Mədətov
Finss.az