Finss.az - Daxili İşlər Nazirliyinin Komendant Xidməti AR DİN-in əsas və digər inzibati binalarında daxili isitmə-soyutma və havalandırma sistemləri, generatorlar, liftlər və yanğınxəbərvermə sistemlərinin xidmət və təmiri ilə bağlı açıq tender elan edib.
Satınalma müsabiqəsi mərkəzləşdirilmiş daxili istilik-soyutma, havalandırma və digər mühüm texniki sistemlərin xidmətini əhatə edir. Tenderdə iştirak üçün ehtimal olunan məbləğ 276.000 AZN təşkil edir.
Tenderin əsas detalları:
-
Müsabiqənin nömrəsi: 112804
-
Təsnifat kodları: Qaldırıcı avadanlıqlar, sənaye soyuducuları, elektrik generatorları, enerji kondisioner avadanlığı, vanalar, nasoslar, media filtrləri və digər müvafiq texniki avadanlıqlar
-
Son təklif təqdimetmə tarixi: 4 iyul 2025, saat 10:00
-
Zərflərin açılışı: 4 iyul 2025, saat 10:00
-
İştirak haqqı: 350 AZN
-
İstifadə haqqı: 25 AZN
Tenderdə iştirak etmək istəyən təchizatçılar həm istifadə haqqını, həm də iştirak haqqını ödəməlidirlər. Satınalma yalnız minimum 3 iştirakçının iştirakı ilə baş tutacaq. Qeyd edək ki, ödənilən haqlar geri qaytarılmır.
Əlaqə məlumatları:
-
Ad: Rza Mustafayev
-
E-poçt: [email protected]
-
Telefon: (012) 590 98 83