MÜSAHİBƏ

10 İyun

Yanvar-may aylarında dövlət büdcəsinə 7,8 milyard manata yaxın vergi daxil olub

Finss.az - 2025-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 843,3 milyon manata yaxın vergi daxil olub.

Bu, proqnoz göstəricilərinin 105,7 faizinə bərabərdir.

Müvafiq dövr ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 344,2 milyon manat və ya 4,6 faiz artıb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 5 milyard 716,2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz çoxdur.

Hesabat dövründə ödənilən vergilərin 72,9 faizi qeyri-neft-qaz sektorunun, 27,1 faizi isə neft-qaz sektorunun payına düşüb.