Ziraat Bank Azərbaycan ASC istehlak kreditləri təklif edir.
Finss.az xəbər verir ki, bankın AZN və xarici valyutada təqdim etdiyi istehlak krediti məhsulu ilə ehtiyaclarınızı gecikdirmədən qarşılaya bilərsiniz. Sərfəli şərtlər və münasib faiz dərəcələri ilə kreditlər mövcuddur.
Kredit şərtləri:
- Vətəndaşlıq: Azərbaycan Respublikası vətəndaşları; həmçinin Azərbaycanda müvəqqəti və daimi yaşamaq icazəsi olan, əsas iş yeri Azərbaycanda yerləşən Türkiyə Respublikası vətəndaşları.
- Yaş həddi: minimum 22 yaş; kredit müqaviləsinin bağlanma tarixi borcalanın təqaüd yaşını keçməməlidir.
Təminat şərtləri kredit məbləğinə görə:
- 25 000 AZN-dək kreditlər üçün ən azı bir fiziki şəxs zaminliyi tələb olunur.
- 25 000-50 000 AZN arası kreditlər üçün qızıl və/və ya daşınmaz əmlak və/və ya iki fiziki şəxs zaminliyi tələb olunur.
- 50 000 AZN və yuxarı kreditlər üçün qızıl və/və ya daşınmaz əmlak girovu tələb edilir.
Effektiv illik faiz dərəcəsi (FİFD) minimum 12.9%-dir.
Kredit ödənişləri və gəlir nisbəti:
Yeni kreditin aylıq ödənişi ilə borcalanın mövcud və zamin olduğu öhdəliklərin aylıq ödənişləri cəmi, aylıq xalis gəlirin 30%-ni keçməməlidir. Əgər bu nisbət 35%-dən 45%-ə qədərdirsə, kredit yalnız aylıq xalis gəlirin iki mislinədək təminatsız verilə bilər.
Sığorta:
Kredit aldığınız zaman həyat sığortası əldə etməniz tövsiyə olunur. Bu sığorta borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarına qarşı ailəsini borc yükündən qoruyur. Sığorta təminatı seçilən sığortaçının şərtlərinə əsaslanır və sığorta hadisəsi baş verdikdə sığortaçı bankdakı kredit borcunu ödəyir.
Sığorta qaydaları ilə tanış olmaq üçün: //e-qanun.az/framework/56958
Ətraflı məlumat üçün: //ziraatbank.az/az/istehlak-kreditleri
Fuad Mədətov
Finss.az