Finss.az - Məşhur İngilis futbol klubu Manchester United-in sahibi olan şirkət 2025-ci ilin 3-cü rübündə gəlirlərini 17,4% artıraraq 160,5 milyon funt-sterlinqə çatdırıb.
Eyni zamanda şirkət yanvar-mart dövründə 2,7 milyon funt zərər ilə işləyib ki, bu da ötən ilin eyni dövründəki 71,5 milyon funt zərərdən əhəmiyyətli dərəcədə aşağıdır. Şirkətin korreksiya edilmiş EBITDA göstəricisi 3,7 dəfə artaraq 51,2 milyon funt səviyyəsinə yüksəlib.
Gəlirlərin artımına əsasən aşağıdakı sahələrdə müşahidə olunub:
-
Oyunların televiziya hüquqlarının satışı 10,1% artaraq 41,3 milyon funt oldu.
-
Biletlərin, stadionda satışların və digər xidmətlərin gəlirləri 1,5 dəfə artaraq 44,5 milyon funt təşkil etdi.
-
Kommersiya fəaliyyəti gəlirləri isə 7,3% artaraq 74,7 milyon funt səviyyəsində oldu.
Mövcud maliyyə ili üçün Manchester United gəlirlərini 660-670 milyon funt arasında, korreksiya edilmiş EBITDA-nı isə 180-190 milyon funt arasında proqnozlaşdırır. Əvvəlki proqnozlar müvafiq olaraq 650-670 milyon funt və 160 milyon funt səviyyəsində idi.