MÜSAHİBƏ

06 İyun

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Finss.az - NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədilə “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.

Əməkdaşlıq çərçivəsində NEQSOL Holding tərəfindən “YAŞAT” Fonduna ayrılmış vəsaitin bir hissəsi hesabına 2025-ci il ərzində 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.

Həmçinin, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə NEQSOL Holding-in tərəfdaşlığı ilə “YAŞAT” Fondu tərəfindən həyata keçirilən “Hədiyyə Karvanı” sosial layihəsi çərçivəsində ölkə üzrə 1700-dək şəhid övladı təbrik edilib.

Holdinq tərəfindən ayrılan vəsaitin bir hissəsi isə bu il ərzində digər xüsusi sosial layihələrin, o cümlədən şəhid övladları üçün “YAŞAT” Yay Düşərgəsi, Yay Məktəbi və Məktəbli Ləvazimatları layihələrinin icrası çərçivəsində istifadə olunacaq.

Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı istifadə olunan məbləğ də daxil olmaqla, NEQSOL Holding-in qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect Group və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.

NEQSOL Holding Qurban bayramı münasibətilə Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.

NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.