Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 979 963 nəfər turist səfər edib.
Bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə məlumat verib.
O bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % artım deməkdir.
Təkcə may ayında isə ölkəyə 264 079 nəfər turist gəlib ki, bu da illik müqayisədə 2 % artıma bərabərdir.