Yapı Kredi Bank Azərbaycan QSC müştərilərinə yeni və komfortlu avtomobil əldə etmək imkanı yaradır. Bankın təqdim etdiyi Avto Kredit məhsulu həm yeni, həm də təkrar müştərilər üçün sərfəli şərtlərlə mövcuddur.
Finss.az xəbər verir ki, kredit məbləği minimum 3000 AZN-dən başlayır və 12 aydan 59 aya qədər müddət üçün rəsmiləşdirilə bilər. Yeni müştərilər üçün illik faiz dərəcəsi 13%, təkrar müştərilər üçün isə 12% müəyyən edilib. FİFD (faktiki illik faiz dərəcəsi) göstəricisi isə müvafiq olaraq 13.76%-dən 16.9%-dək, təkrar müştərilər üçün isə 12.75%-dən 15.9%-dək dəyişir.
Zaminsiz kredit imkanından dövlət işçiləri, müəllimlər, neft, telekommunikasiya, IT sektorunda çalışanlar, bank əməkdaşları və Yapı Kredi Bankdan əməkhaqqı alan şəxslər yararlana bilərlər. Kreditin təminatı olaraq daşınar və daşınmaz əmlak, eləcə də müddətli və müddətsiz depozitlər təqdim edilə bilər.
Bank həmçinin qeyd edir ki, kredit məbləğindən və müştərinin maliyyə vəziyyətindən asılı olaraq əlavə sənədlər, zamin və girov tələb oluna bilər. Təkrar müştəri statusuna sahib olmaq üçün müştəri son 12 ay ərzində banka olan kredit və ya kart borcunu tam ödəmiş və ya hal-hazırda bankda aktiv depozitə sahib olmalıdır.
Ətraflı məlumat üçün keçid: //www.yapikredi.com.az/az/avto-kredit-2
Fuad Mədətov
Finss.az