Finss.az - ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın Saatlı filialı da yenilənib. Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Filial Heydər Əliyev prospekti - 178 ünvanında müştərilərin xidmətindədir. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
Müştərilər ABB-nin Saatlı filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Zemfira Ms
Finss.az