Yapı Kredi Bank Azərbaycan neft-qaz sahəsində çalışanlar üçün endirimli istehlak krediti təqdim edir.
Finss.az xəbər verir ki, yeni müştərilər üçün illik faiz dərəcəsi 14%, təkrar müştərilər üçün isə 13% təşkil edir.
Kredit məbləği 300 AZN-dən 50,000 AZN-ə qədər, müddəti isə 3-59 ay arasındadır. Girov və zamin tələb olunmur. Kredit götürmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etmək kifayətdir. Bank müəyyən hallarda girov və əlavə sənədlər tələb etmək hüququna malikdir.
Ətraflı məlumat üçün keçid: //www.yapikredi.com.az/az/neftci-krediti
Fuad Mədətov
Finss.az