MÜSAHİBƏ

03 İyun

20-65 yaş arası fiziki şəxslərə daşınmaz əmlak təminatlı kreditlər təqdim olunur

Bank “BTB” ASC 20-65 yaş aralığında fiziki şəxslər üçün daşınmaz əmlak təminatlı kreditlər təqdim edir.

Finns.az xəbər verir ki, kreditin maksimum məbləği 70 000 AZN, müddəti isə 36 aya qədər müəyyən edilib. İllik faiz dərəcəsi minimum 16% təşkil edir.

Kreditin rəsmiləşdirilməsi zamanı ən azı 0,5% rəsmi komissiya haqqı alınır, nağdlaşdırma üzrə isə 1% komissiya tətbiq edilir. Kredit ödənişləri annuitet üsulu ilə həyata keçirilir.

Müraciət edən şəxsdən şəxsiyyət və gəlirləri təsdiq edən sənədlər tələb olunur. Kreditin təminatı kimi ipoteka qoyulacaq daşınmaz əmlaka aid sənədlər və zaminin şəxsiyyət və gəlir sənədləri də təqdim edilməlidir. Kredit və zamin şərtlərinə əsasən daşınar və ya daşınmaz əmlak da təminat kimi qəbul edilə bilər.

Bankın təqdim etdiyi daşınmaz əmlak təminatlı kreditlərdə faktiki illik faiz dərəcəsi 18.9%-dir və müştərilərə sərfəli şərtlərlə maliyyə dəstəyi göstərilir.

Ətraflı məlumat üçün keçid: //www.btb.az/az/individual/loans/dasinmaz-emlak-teminatli-kredit-7

Fuad Mədətov
Finss.az