MÜSAHİBƏ

03 İyun

Sahibkarlara 1 milyon manatadək güzəştli kredit təklif olunur

Bank “BTB” ASC Kiçik və Orta Sahibkarlığın İnkişafı üçün sərfəli şərtlərlə yeni kredit məhsulu təqdim edir.

Finss.az xəbər verir ki, kreditə müraciət edən şəxsin yaşı 20-dən az, 70-dən çox olmamalıdır (kreditin son ödəniş tarixinə qədər). Kreditin məbləği maksimum 1 000 000 manat ekvivalentinədək müəyyən olunur və bu məbləğ Bankın Kredit Komitəsinin qərarından asılı olaraq dəyişə bilər.

Maksimal kredit müddəti 36 ay, illik faiz dərəcəsi isə AZN üzrə minimum 17%, USD üzrə isə minimum 7% təşkil edir. AZN valyutası üzrə faktiki illik faiz dərəcəsi minimum 16,36% səviyyəsindədir. Kreditə görə rəsmiləşdirmə komissiyası minimum 1% həcmindədir. Ödənişlər annuitet qaydasında aparılır.

Kredit üçün tələb olunan əsas sənədlər arasında şəxsiyyəti və sahibkarlıq fəaliyyətini, habelə gəlirləri təsdiq edən sənədlər yer alır. Kredit daşınmaz əmlakla təmin olunur. Əlavə üstünlüklər kimi, girovun sığortalanması və qiymətləndirilməsinin kənar şirkət tərəfindən aparılması tələb olunmur.

Təklifə həmçinin “SME Kredit Xətti” də daxildir. Bu məhsul çərçivəsində müştərilər AZN və ya USD valyutasında 1 milyon manat ekvivalentinədək kredit xətti əldə edə bilərlər. Kredit xətti üçün müqavilə müddəti 12, 24 və ya 36 ay, kartın istifadə müddəti isə 6, 12 və ya 18 ay olaraq təyin edilir. Kart aktiv olan dövrdə yalnız faiz ödənişi həyata keçirilir, kart deaktiv olduqda isə annuitet ödənişlər tətbiq olunur.

Bank “BTB” ASC tərəfindən təqdim edilən bu məhsul sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün əlverişli və çevik maliyyə dəstəyi imkanları yaradır.

Ətraflı məlumat üçün keçid: //www.btb.az/az/individual/loans/kicik-ve-orta-sahibkarligin-inkisafi-uecuen-kredit-1

Fuad Mədətov
Finss.az