MÜSAHİBƏ

03 İyun

“Atəşgah” Sığorta Şirkəti 20.26 milyon manat sığorta haqqı toplayıb

2025-ci ilin yanvar-aprel aylarında “Atəşgah” Sığorta Şirkəti ASC 20 milyon 262 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az saytına Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 370 min manat və ya 20% artım deməkdir. Beləliklə, şirkət ötən ilin yanvar-aprel aylarında təxminən 16 milyon 885 min manat sığorta haqqı toplamışdı.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “Atəşgah Həyat” Sığorta Şirkəti 12 milyon 748 min manat ödəniş həyata keçirib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 249 min manat və ya 96% artım deməkdir. Beləliklə, 2024-cü ilin yanvar-aprelində sığorta ödənişləri təxminən 6 milyon 506 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az