MÜSAHİBƏ

03 İyun

“A-Qroup Sığorta”nın sığorta haqqı 5.5 milyon manat olub

2025-ci ilin yanvar-aprel aylarında “A-Qroup Sığorta Şirkəti” ASC 5 milyon 534 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az saytına Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 855 min manat və ya 13% az olub. Hesablamalara əsasən, şirkət ötən ilin yanvar-aprel aylarında 6 milyon 389 min manat sığorta haqqı toplayıb.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “A-Qroup Sığorta Şirkəti” 3 milyon 573 min manat sığorta ödənişi həyata keçirib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 578 min manat və ya 14% azalma deməkdir. Beləliklə, ötən ilin eyni dövründə sığorta ödənişləri 4 milyon 151 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az