MÜSAHİBƏ

02 İyun

Nağd istehlak krediti: 30 000 AZN-dək komissiyasız maliyyə dəstəyi

Bank “BTB” ASC müştərilərə nağd istehlak krediti təklif edir.

Finss.az xəbər verir ki, kreditin məbləği minimum 300 AZN-dən başlayaraq maksimum 30 000 AZN-dək müəyyən olunur. Kredit yalnız milli valyutada (AZN) təqdim edilir.

Kreditin müddəti 3 aydan 48 ayadək dəyişir. İllik faiz dərəcəsi 18%-dən başlayır və effektiv illik faiz dərəcəsi (FİFD) də minimum 18%-dir. Komissiya haqqı 0%-dən tətbiq olunur.

İstehlak kreditləri debet kart vasitəsilə təqdim olunur. Kartın qiyməti 4.9 AZN təşkil edir və istifadə müddəti 5 ildir. Kartla ay ərzində maksimum 30 000 AZN məbləğində nağdlaşdırma mümkündür. Müştərinin müraciətinə əsasən bu limit artırıla bilər.

Bank “BTB” ASC-yə məxsus ATM və POS terminallarda nağdlaşdırma komissiyası 0.1% (minimum 1 AZN), digər bankların kartlarına köçürmə komissiyası isə 0.3% (minimum 1 AZN) müəyyən edilib.

Kart üzrə əlavə şərtlər bankın qüvvədə olan tariflərinə uyğun tənzimlənir. Kredit məhsulu, gündəlik ehtiyaclarını ödəmək istəyən müştərilər üçün sadə və rahat maliyyə imkanları yaradır.

Ətraflı məlumat üçün keçid: //www.btb.az/az/individual/loans/nagd-istehlak-krediti-3

Fuad Mədətov
Finss.az