MÜSAHİBƏ

02 İyun

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi

Bank VTB (Azərbaycan) ASC Sahibkarlığın İnkişaf Fondu (SİF) ilə birgə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində zəmanət və subsidiya ilə təmin olunan kreditlər təqdim edir.

Finss.az xəbər verir ki, bu mexanizm çərçivəsində sahibkarlıq subyektlərinə 1 000 000 AZN-dək kredit verilir. Kreditin müddəti 7 ilədəkdir. Faiz dərəcəsi maksimum 15%-dir. Kreditə görə zəmanət Fond tərəfindən kredit məbləğinin 90%-dək hissəsinə qədər təmin edilir.

Bundan əlavə, illik faiz dərəcəsinin 10%-lik hissəsi subsidiya şəklində qarşılanır. Subsidiya müddəti isə 36 ayadək müəyyən olunub. Kreditlər üzrə maksimum 12 ayadək güzəşt müddəti də tətbiq oluna bilər.

Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/inkishaf-fondu-zemanet-ve-subsidiya/state-programm-loans-guarantee-subsidy/

Fuad Mədətov
Finss.az