Finss.az - BOKT “International” ASC-nin dövlətə qarşı ciddi məbləğdə vergi borcunun olduğu üzə çıxıb.
Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında yer alan məlumata əsasən, bu maliyyə təşkilatının 477 054.66 manat məbləğində vergi borcu mövcuddur. Sözügedən məbləğ 28 may 2025-ci il tarixinə olan göstəricilərlə əks olunub.
Xatırladaq ki, BOKT “International” ASC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 8 000 000 manat təşkil edir. Qanuni təmsilçi və rəhbər şəxs olaraq Nicat Həsənov qeyd olunub.