MÜSAHİBƏ

29 May

Neft bahalaşıb

Finss.az - Cümə axşamı səhər saatlarında dünya neft bazarında qiymətlər sürətlə artmağa başladı.

ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı siqnallar və yaxınlaşan OPEC+ görüşü bazar iştirakçılarının diqqət mərkəzindədir.

Moskva vaxtı ilə 8:15-də London birjasında Brent markalı neftin iyul fyuçersləri 1,4% artaraq barelə görə 65,81 dollar səviyyəsinə yüksəlib. Nyu-York Mal Birjasında WTI neftinin iyul fyuçersləri də 1,52% bahalaşaraq 62,78 dollara çatıb.

ABŞ Neft İnstitutunun məlumatına görə, ABŞ-da neft ehtiyatları son həftə ərzində 4,24 milyon barel azalıb. Bu, bazarda neftə tələbin artması və təklifin daralması kimi qiymətləndirilir. Rəsmi məlumatlar ABŞ Energetika Nazirliyi tərəfindən cümə axşamı günü açıqlanacaq.

OPEC+ ölkələrinin nazirləri isə iyul ayı üçün neft hasilatı ilə bağlı qərarını verməyə hazırlaşır. Şənbə günü keçiriləcək görüşdə gündəlik hasilatın 411 min barel artırılması ilə bağlı müzakirələr gözlənilir. Bu, ardıcıl üçüncü dəfə hasilatın artırılması ola bilər.

Ekspertlər hesab edir ki, bu qərarlar neft bazarının istiqamətini müəyyənləşdirəcək və qiymətlərdə daha yüksək volatilliyə səbəb ola bilər.