MÜSAHİBƏ

27 May

Azərbaycan Beynəlxalq Bankı və SOCAR dövlət büdcəsinə ən böyük dividendləri ödəyib

Finss.az - Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və illik hesabatına əsasən, 2024-cü ildə dövlət payı olan müəssisələrdən büdcəyə daxil olan dividendlərin ümumi məbləği 577,8 milyon manat təşkil edib. Bu rəqəm proqnozdan 19,5 milyon manat və ya 3,5% çoxdur.

Ən böyük dividend ödənişləri Azərbaycan Beynəlxalq Bankı (169,4 milyon manat), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) (407,9 milyon manat) və Aqrarkredit QSC (0,5 milyon manat) tərəfindən həyata keçirilib.

Bununla yanaşı, Palata “Azər-Türk Bank”ın 2023-cü ildə mənfəət əldə etməsinə baxmayaraq, 2024-cü ildə dividend ödəmədiyini, eləcə də ARDNŞ-dən daxil olan dividendlərin uçotunda müəyyən uyğunsuzluqlar olduğunu qeyd edib.

Hesablama Palatası əlavə gəlir imkanlarının mövcud olduğunu və bu potensialın tam istifadə edilmədiyini vurğulayır.