Finss.az - 2025-ci ilin yanvar-mart aylarında ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi 107,7 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, xüsusilə zibilin daşınması (234,8%), mərkəzi isitmə (200%) və qaz təchizatı (111,8%) xidmətləri üzrə ciddi qiymət artımları qeydə alınıb. Tibbi və stomatoloji xidmətlərdə də bahalaşma müşahidə olunub.