Finss.az - 2025-ci ilin ilk dörd ayında Azərbaycandakı sığorta şirkətlərinin yığılan sığorta haqqı 588,5 milyon manat təşkil edib.
Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Məlumatı Mərkəzi Bank yayıb.
Hesabat dövründə sığorta şirkətləri tərəfindən ödənilən sığorta ödənişləri isə 231,3 milyon manata çatıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 10,4% çoxdur.