MÜSAHİBƏ

26 May

Azərbaycan İslam İnkişaf Bankında 56,49 milyon ID-lik paya malikdir

İslam İnkişaf Bankının (IsDB) 2024-cü il üzrə İllik Hesabatında yer alan məlumatlara görə, Azərbaycan bankın ümumilikdə 5 649 səhmə malikdir. Bu da 56,49 milyon İslam dinarı (ID) həcmində abunə kapitalına uyğun gəlir.

Finss.az xəbər verir ki, bu məbləğin 14,70 milyon ID-si ödənilmiş, 41,79 milyon ID-si isə ödənilməli kapital hissəsini təşkil edir.

Azərbaycanın bankdakı payı ümumi abunə kapitalının 0,10 faizinə bərabərdir. Hazırda ödənilmiş kapitaldan 7,91 milyon ID artıq ödənilib, 6,79 milyon ID isə ödəniş vaxtı hələ çatmamış vəsait kimi qeyd olunub.

Hesabatda xüsusi olaraq vurğulanır ki, Azərbaycanın bank qarşısında heç bir gecikmiş öhdəliyi yoxdur. Bu isə ölkənin bankla maliyyə əməkdaşlığında sabit və etibarlı tərəfdaş olduğunu göstərir.

Fuad Mədətov
Finss.az