Finss.az - Avropa Komissiyasının antimonopol bölməsi Visa və Mastercard-ın bazarda dominant mövqeyindən sui-istifadə edib-etmədiyini araşdırmaq üçün təhqiqatı genişləndirib.
Bu həftə ödəniş terminalları və fintech şirkətlərinə sorğu anketləri göndərilib.
Tənzimləyicilər, pərakəndə satıcıların Visa və Mastercard seçimi üzərində məcburiyyətlərinin olub-olmamasını, tətbiq olunan komissiyaların xidmət keyfiyyəti ilə əlaqəsini və şəffaflığını araşdırır. Əgər sui-istifadə aşkar edilərsə, şirkətlər illik gəlirlərinin 10%-dək cərimə ilə üzləşə bilər.
Bu addım, ötən ilin payızında Avropa Komissiyasına daxil olan biznes şikayətlərinə əsaslanır. Visa və Mastercard Avrozonada kart əməliyyatlarının təxminən iki üçünə nəzarət edir və “scheme fees” adı altında şəbəkə infrastrukturu üçün ödənişlər təyin edir.
Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqardın çağırışları ilə üst-üstə düşən təhqiqat, Avropanın xarici ödəniş sistemlərindən asılılığını azaltmaq məqsədi daşıyır. Visa və Mastercard daha əvvəl də həm Avropa, həm ABŞ-da antimonopol ittihamlarla qarşılaşıb.
Avropa Komissiyası sorğu cavablarını iyunun 2-dək gözləyir.