MÜSAHİBƏ

23 May

Ötən il AMB-nin xarici valyuta əməliyyatlarından gəliri 33,3% artıb

Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta əməliyyatlarından əldə etdiyi gəlir 1,2 milyon manat təşkil edib.

Finss.az-ın AMB-yə istinadən yaydığı məlumata görə, bu göstərici əvvəlki ilə nisbətən 304 min manat, yəni 33,3% artıb.

Qeyd olunur ki, 2023-cü ildə AMB-nin xarici valyuta əməliyyatlarından gəliri 914 min manat olub.

Fuad Mədətov
Finss.az