Finss.az - Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 2,44 milyard ABŞ dolları dəyərində 4,38 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 59,2 faiz və ya 911,1 milyon dollar, həcm baxımından isə 82,8 faiz və ya 1,98 milyon ton üstələyir.
Cari ilin ilk 4 ayı ərzində ölkədən ümumilikdə 4,56 milyard dollar dəyərində 8,2 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya 1-ci yerdə qərarlaşıb və ixrac həcminin 53,5 faizi bu ölkənin payına düşüb.