Finss.az - Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişiklik təklif olunub.
Layihəyə əsasən, ədliyyə orqanlarında icra və probasiya xidmətləri üçün xüsusi xəzinə hesabı yaradılacaq. Bu hesabın vəsaitləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə istifadə olunacaq.
Hazırkı qanunvericiliyə görə isə bu tip ödənişlər icra xidməti icra məmurlarının xüsusi fondu hesabından həyata keçirilir.
Dəyişikliklərin məqsədi icra məmurlarının sosial müdafiəsini gücləndirmək və onların fəaliyyətini daha səmərəli təşviq etməkdir.