Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin strukturu açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, inşaat işlərinin 83,0 faizi inşa, yenidənqurma və bərpa işlərindən ibarət olub. Əsaslı təmir işləri ümumi inşaat işlərinin 7,2 faizini, cari təmir işləri isə 5,4 faizini təşkil edib. Sair tikinti işləri isə ümumi həcmin 4,4 faizini təşkil edib.
Ümumilikdə, inşaat işlərinin 89,9 faizi qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri tərəfindən həyata keçirilib.