Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli 29 679,4 milyon manat təşkil edib.
Bu kredit portfelinin 24 768,2 milyon manatı uzunmüddətli kreditlərdən ibarət olub.
Mərkəzi Bankın məlumatlarına görə, 2025-ci ilin aprel ayının 1-nə ölkədə ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin cəmi 1,6 faizini təşkil edib ki, bu da bank sektorunda risklərin nisbətən aşağı olduğunu göstərir.
Eyni zamanda, əhalinin banklardakı əmanətlərinin məbləği 15 074,0 milyon manat səviyyəsindədir.