MÜSAHİBƏ

14 May

“Xruşovka” tipli evlərə maraq azalır – qiymət artımı zəifdir

Bakı şəhərində ucuz mənzillər seqmentində, xüsusilə köhnə “Xruşovka” layihəli binalardakı 1–2 otaqlı mənzillərin qiymət artımı nisbətən zəif olub.

Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.

Məlumata görə, bəzi illərdə struktur dəyişikliyi səbəbindən bu seqmentdə qiymət enişi də müşahidə olunub. Belə ki, köhnə evlərin bazar portfelində payı artsa da – yəni satışda bu tip mənzillər çox, lakin alıcısı az olsa da – onların qiyməti durğun qalır və ya çox cüzi şəkildə artır.

2024-cü ilin əvvəllərində mənzil bazarının passiv dövrü zamanı ən çox çətinlik məhz ucuz və köhnə mənzillərin satışı ilə bağlı yaşanıb. Lakin sonradan ümumi iqtisadi aktivlik bərpa olunduqca, bu seqmentdə də cüzi bahalaşma qeydə alınıb. Araşdırmalara əsasən, qiymət artımı illik 5–10% intervalında dəyişib.

Fuad Mədətov
Finss.az