MÜSAHİBƏ

14 May

Bakıda mənzil qiymətləri rayonlardan çox, məsafəyə görə dəyişir

Bakı şəhərində mənzil bazarının qiymət səviyyələri təkcə rayonlar üzrə deyil, həm də şəhər mərkəzinə yaxınlıq dərəcəsinə görə kəskin fərqlənir.

Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.

Ən ucuz mənzillər əsasən şəhər ətrafı və yarımkənar ərazilərdə yerləşir. Statistikaya əsasən, Suraxanı rayonunda orta qiymət cəmi 1836 AZN/kv.m, Xəzər rayonunda isə 1913 AZN/kv.m civarındadır. Digər kənar rayonlardan Sabunçuda isə orta qiymət 2226 AZN/kv.m təşkil edir.

Mütəxəssislər bu fərqləri əsasən rayonların:

  • Coğrafi yerləşməsi
  • İnfrastruktur səviyyəsi
  • Mənzillərin texniki vəziyyəti və keyfiyyəti ilə əlaqələndirirlər.

Şəhər mərkəzinə yaxın, metrostansiya, park və ticarət mərkəzləri ilə zəngin ərazilərdə mənzil qiymətləri daha yüksək formalaşır. Nəsimi və Səbail kimi mərkəzi rayonlarda elit binalarda kvadratmetr qiyməti 5000–7000 AZN arasında dəyişən mənzillərə rast gəlmək mümkündür.

Əksinə, kənar qəsəbələrdə və mikrorayonlarda isə daha çox 1000–1500 AZN/kv.m aralığında olan çoxlu sayda mənzil təklifi mövcuddur.

Bu tendensiya bazarda alıcıların büdcə və tələblərinə uyğun fərqli seqmentlərə yönəlməsinə şərait yaradır.

Fuad Mədətov
Finss.az