MÜSAHİBƏ

09 May

Azərbaycana Belarusdan qida duzu idxalı artıb

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana Belarusdan 67,8 ton yodlaşdırılmış, qida üçün yararlı duz idxal edilib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxalına 20,7 min ABŞ dolları sərf olunub.

Belarusdan gətirilən qida duzunun miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 67,3 ton və ya 135,6 dəfə artıb, dəyəri isə 20,4 min ABŞ dolları və ya 69 dəfə yüksəlib. 2024-cü ilin ilk iki ayında isə Azərbaycana yalnız 0,5 ton miqdarda, 300 ABŞ dolları dəyərində qida duzu idxal edilmişdi.

Ümumilikdə, bu dövrdə Azərbaycana xaricdən 2,2 min ton miqdarda, 323 min ABŞ dolları dəyərində qida duzu idxal olunub.