MÜSAHİBƏ

09 May

Azərbaycandan Rusiyaya yod ixracı miqdar və dəyər baxımından artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 6,6 ton miqdarında yod ixrac edilib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu miqdarda ixracdan əldə olunan gəlir 396 min ABŞ dolları olub. Rusiyaya yod ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 3,1 ton və ya 88,5%, dəyər ifadəsi ilə isə 134 min ABŞ dolları, yaxud 51,1% artıb.

Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 3,5 ton miqdarında və 262 min ABŞ dolları dəyərində yod ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda 44 ton yod istehsal edilib. Yod istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% və ya 4,7 ton azalıb. Ötən ilin yanvar-mart aylarında Azərbaycanda 48,7 ton yod istehsal olunmuşdu.