MÜSAHİBƏ

01 May

İcra ödənişlərində nağd pul dövrü bağlanır – Yeni qanun qəbul edildi

Finss.az - Azərbaycan Milli Məclisi icra icraatları ilə bağlı mühüm qanun dəyişikliyi edib.

Yeni dəyişikliklərə əsasən, icra sənədləri üzrə aparılan ödənişlər artıq yalnız nağdsız formada həyata keçiriləcək. Bu tələbə əməl etməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olunacaq və cərimələnəcək.

Bu məsələ bu gün parlamentdə müzakirə olunan "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında", "Nağdsız hesablaşmalar haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə əks olunub.

Dəyişikliyə əsasən, icra məmurları icra sənədləri üzrə ödənilən vəsaitlərin, icra ödənişlərinin və icra tədbirləri ilə bağlı digər xərclərin yalnız bank köçürməsi və ya digər nağdsız vasitələrlə həyata keçirilməsini təmin etməlidir.

Qanun layihəsi parlamentin üçüncü oxunuşunda səsə qoyularaq qəbul edilib.

Bu addım ölkədə kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılmasıelektron ödəmə sistemlərinin stimullaşdırılması məqsədilə atılıb.