MÜSAHİBƏ

30 Aprel

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bank əmanətləri artıb

Cari ilin aprelin 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonunda banklara qoyulmuş əmanətlərin həcmi 107,1 milyon manat təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici bir ay əvvəlki göstərici ilə müqayisədə 15,4 milyon manat və ya 16,8%, 2024-cü ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə isə 30,2 milyon manat və ya 39,3% artıb.

Eyni zamanda, 2025-ci ilin aprelin 1-nə qədər Şərqi Zəngəzur iqtisadi rayonunda banklara qoyulmuş əmanətlərin həcmi 689 min manat olub. Bu da, bir ay əvvəlki göstərici ilə müqayisədə 250 min manat və ya 56,9% artım göstərir.

Qeyd edək ki, bu ilin aprelin 1-nə olan məlumatlara görə, Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər ümumilikdə 15,1 milyard manat təşkil edib. Bu da, əvvəlki ayla müqayisədə 238,1 milyon manat və ya 1,6%, 2024-cü ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə isə 1,9 milyard manat və ya 14,6% artım deməkdir.

Fuad Mədətov
Finss.az