Bu ilin aprelin 1-nə olan məlumata görə, Azərbaycan iqtisadiyyatına ümumi kredit qoyuluşu 29,7 milyard manat təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 277 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,2 milyard manat və ya 16,6% artım deməkdir.
Hesabat dövründə kredit qoyuluşlarının 7,2 milyard manatı özəl bankların payına düşüb. Bu isə mart ayı ilə müqayisədə 65 milyon manat və ya 0,9%, 2023-cü ilin aprelin 1-i ilə müqayisədə isə 1,3 milyard manat və ya 20,9% artıb.
Eyni zamanda, 2025-ci ilin aprelin 1-nə olan vəziyyətə görə, özəl bankların ümumi kredit portfeli 20,6 milyard manat təşkil edib. Bu da aylıq müqayisədə 219 milyon manat və ya 1,1%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2,5 milyard manat və ya 13,9% çoxdur.
Bununla yanaşı, cari ilin aprelin 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1,8 milyard manat olub. Bu göstərici bir ay əvvəlki dövrlə müqayisədə 8 milyon manat və ya 0,4% azalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 462 milyon manat və ya 34,5% artıb.
Fuad Mədətov
Finss.az