Avropanın ən likvid qaz ticarət meydançası olan Niderlandın TTF indeksinə əsasən, may ayı üzrə qaz fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 373,5 ABŞ dollarına enib. Bu, əvvəlki göstərici ilə müqayisədə 1,8% azalma deməkdir.
Finss.az xəbər verir ki, bu qiymət 29 aprel tarixində keçirilən hərracların bağlanışı zamanı qeydə alınıb. Qeyd edək ki, ötən gün bu göstərici 380,5 dollar idi.
Hazırda Avropanın qaz bazarında qiymət dalğalanmaları davam edir. Bu kontekstdə Azərbaycanın Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə həyata keçirdiyi qaz ixracı Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır. TAP xətti ilə Avropaya Azərbaycan qazının nəqlinə 2020-ci ilin dekabrında başlanılıb.
Fuad Mədətov
Finss.az