Finss.az - PAŞA Sığorta şirkəti və PAŞA Holding, TƏBİB-in təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhər sakinləri üçün profilaktik müayinələr həyata keçirib.
Sözügedən təşəbbüs PAŞA Sığortanın xanımların süd vəzi xərçəngi ilə bağlı maarifləndirilməsinə həsr olunmuş “GüclüSən” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində davam etdirilib.
“Süd vəzi xərçənginə sinə gəririk!” layihəsi 23-24 aprel tarixlərində Gəncə şəhərində yerləşən 1 sayli Abbas Səhhət adına xəstəxanada həyata keçirilib və 350-dən çox sakin müayinə edilib. Sakinlər mammoloq müayinəsindən keçərək, süd vəzi xərçəngi ilə bağlı səyyar mamoqrafiya, ultrasəs müayinəsinə cəlb olunublar.





Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Zemfira Ms
Finss.az