MÜSAHİBƏ

30 Aprel

Azərbaycandan xaricə pul köçürmələri 36,8% azalıb – Mərkəzi Bank

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə cəmi 319,7 milyon manat məbləğində vəsait daxil olub.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2% və ya 145,5 milyon manat azalma deməkdir.

Eyni dövrdə banklardan xarici ölkələrə göndərilən vəsaitin həcmi də əhəmiyyətli dərəcədə – 36,8% azalaraq 110,4 milyon manata enib. Müqayisə üçün, 2024-cü ilin ilk üç ayında bu rəqəm 174,8 milyon manat idi.

Fuad Mədətov
Finss.az