2025-ci ilin yanvar-mart aylarında “Xalq Həyat” Sığorta Şirkəti ASC tərəfindən toplanan sığorta haqları 2 milyon 549 min manat təşkil edib.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 11 min manat və ya 0,43% artım deməkdir. 2024-cü ilin ilk rübündə şirkət 2 milyon 538 min manat sığorta haqqı toplayıb.
Eyni zamanda, sığorta ödənişlərində daha ciddi artım müşahidə olunub. Cari ilin yanvar-mart aylarında şirkət 2 milyon 311 min manat həcmində sığorta ödənişi həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 454 min manat və ya 24,45% çoxdur.
Fuad Mədətov
Finss.az