2025-ci ilin yanvar ayında “AzSığorta” ASC tərəfindən toplanan sığorta haqqı 1 910 min manat təşkil edib.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 1 090 min manat və ya 36,33% azalma deməkdir. 2024-cü ilin yanvar ayında şirkət 3 000 min manat sığorta haqqı toplayıb.
Bununla yanaşı, şirkətin sığorta ödənişləri 2025-ci ilin yanvar ayında 419 min manat təşkil edib. Müqayisə üçün, 2024-cü ilin yanvar-mart aylarında şirkət 313 min manat sığorta ödənişi həyata keçirib. Beləliklə, ödənişlərdə 106 min manat və ya 33,88% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az