Azərbaycan Beynəlxalq Bankı ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə müsbət maliyyə nəticələri açıqlayıb.
Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 1,86% artaraq 6 milyon 468 min 908 manat olub. 2024-cü ilin analoji dövründə bu göstərici 6 milyon 350 min 801 manat idi.
Biznes kredit portfeli 19,32% artaraq 3 milyon 147 min 35 manat təşkil edib, 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 milyon 637 min 473 manat olub.
İstehlak kredit portfeli də yüksək artım göstərib, 25,44% artaraq 1 milyon 868 min 915 manata çatıb. 2024-cü ilin yanvar-mart ayında bu göstərici 1 milyon 489 min 836 manat idi.
İpoteka krediti sahəsində də müsbət inkişaflar müşahidə edilib. Bankın ipoteka kredit portfeli 19,67% artaraq 1 milyon 452 min 957 manata yüksəlib, 2024-cü ildə bu rəqəm 1 milyon 214 min 186 manat olub.
Fuad Mədətov
Finss.az