MÜSAHİBƏ

25 Aprel

Azərbaycan 2025-ci ilin ilk rübündə 36 min ton pomidor ixrac edib

Finss.az - Azərbaycan, 2025-ci ilin yanvar-mart aylarında 44 milyon 569 min dollar dəyərində 36 min 100 ton pomidor ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 1,05% və ya 472 min dollar azalma, miqdar baxımından isə 3 min 952 ton və ya 12,3% artım nümayiş etdirib.

2024-cü ilin birinci rübündə ixrac edilən pomidorun miqdarı 32,1 min ton, dəyəri isə 45 milyon dollar idi.

Hesabat dövründə pomidorun ümumi ixracdakı xüsusi çəkisi 0,70%-ə, qeyri-neft məhsullarının ixracındakı xüsusi çəkisi isə 5,77%-ə bərabər olub.