MÜSAHİBƏ

23 Aprel

İlin ilk rübündə 20,9 milyon dollarlıq qara metallar ixrac edilib

Finss.az - Bu ilin yanvar-mart aylarında ölkədən 20,9 milyon ABŞ dolları dəyərində 18,4 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 76,8 faiz, həcm olaraq 76,9 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,33 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,71 faizə bərabər olub.