MÜSAHİBƏ

23 Aprel

ABŞ siyasəti Dolları çökdürür

Finss.az - Son aylarda dolların dünya bazarlarında qiymətinin sürətlə aşağı düşməsi, qlobal maliyyə sistemində yeni təlatümlərə səbəb olub.

İl ərzində ABŞ dolları 9%-dən çox dəyər itirib və bu, investorların gələcək proqnozlarını pessimistləşdirib. Bank of America-nın apardığı sorğunun nəticələrinə görə, 61% investor dolların gələn il daha da zəifləyəcəyini gözləyir.

Bu düşüşün əsas səbəbləri arasında ABŞ-ın qeyri-müəyyən siyasi kursu və investorların dollarla olan aktivlərdən, xüsusən də ABŞ xəzinə qiymətli kağızlarından, kütləvi şəkildə çıxması qeyd olunur. Bu proses, dolların yerini digər valyutaların almasına yol açıb.

Dolların zəifləməsindən faydalanan valyutalar:

• Yaponiya yeni – 10%-dən çox
• İsveçrə frankı və avro – təxminən 11%
• Rusiya rublu – rekord 22%
• Polşa zlotusu – +9%
• Meksika pesosu – +5,5%
• Kanada dolları – +4%

Bu valyutaların güclənməsi idxalı ucuzlaşdırır, lakin eyni zamanda ixracatın xarici bazarlarda rəqabət qabiliyyətini azaldır.

Dollardan zərər görən valyutalar: Lakin bütün valyutalar dolların zəifləməsindən faydalanmayıb. Vyetnam donqu və İndoneziya rupiyası rekord minimumlara düşüb. Eyni zamanda, Türkiyə lirəsi də öz düşüşünü davam etdirərək, tarixi anti-rekordunu təzələyib.

Dolların zəifləməsi qlobal iqtisadiyyatda dərin dəyişikliklərə və yeni iqtisadi strateqiyaların formalaşmasına səbəb olacaq.