Finss.az - İmzalanan saziş çərçivəsində “PAŞA Həyat” və “Sea Breeze” müxtəlif istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsi aparacaq, eyni zamanda ölkədə sığorta və sığorta məhsulları ilə bağlı maarifləndirici kampaniyalar təşkil edərək ictimaiyyətin məlumatlandırılmasını həyata keçirəcəklər. Bu əməkdaşlıq müştərilərin reinvestisiya imkanlarının yaradılması üçün yeni fürsətlərə yol açacaq.
Anlaşma Memorandumu çərçivəsində, həmçinin, daimi və sabit investisiya həyata keçirən şəxslər üçün yaşayış şəraitinin və daşınmaz əmlak əldəetmə imkanlarının yaxşılaşdırılması, əlavə üstünlüklər və imtiyazların yaradılması kimi müddəalar da öz əksini tapıb.






Zemfira Ms
Finss.az